KANAL24.AZ
Az Iw En Ru

Keçmiş arvadını öldürən sabiq polis şikayət etdi

Bakıda keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 17-nə təyin edilib.

İşə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. İstintaq dövründə onun barəsində daha bir neçə maddə irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.


19:40 14.08.2017
Xəbər lenti
Bütün xəbərlər