KANAL24.AZ
Az Iw En Ru

Kür can aldı

Kür çayından meyit tapılıb.

 Kanal24 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dünən Kür çayının Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batmış, 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun cəsədi bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 08:10-da başa çatıb.


17:13 14.08.2017
Xəbər lenti
Bütün xəbərlər