KANAL24.AZ
Az Iw En Ru

Bakıda ağır qəza: Ölən var

Bakıda ağır yol qəzası baş verib.

Kanal24-ün Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1959-cu il təvəllüdlü Əzimov İlham Məmmədqulu oğlunun  meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:15-də başa çatıb.


16:59 14.08.2017
Xəbər lenti
Bütün xəbərlər