Dostlar, Azərbaycanda hər gün onlarla avto qəza baş verir. Elə bir insan yoxdur ki, yaxın adamını, qohumunu, qonşusunu qəzada itirməsin.
Avropa ölkələri ilə Azərbaycanda baş verən avo qəzaların müqayisə edəndə adamı dəhşət bürüyür. Eyni markalı avtomobillər sürürük.
Yollarımız Avropa ölkələrinin yollarından heç də fərqlənmir. Yollarda kamera-radar sistemi quraşdırılıb, 24 saat nəzarət mövcuddur. Bəs, bu qədər qəzanın baş verməsində səbəb nədir? Niyə hər gün onlarla avto qəza olur? Niyə bu qədər insanı yollarda itiririk, trafik canavarlarına qurban veririk? Mən də hər gün bu qəzaların şəxsən şahidi oluram, ya da mətbuatdan izləyirəm.
Müşahidələrim göstərir ki, qəzaların baş verməsinə əsas səbəb ölkəmizdə sürücülük mədəniyyətinin aşağı səviyyədə olması ilə bağlıdır. “Mən daha sürətli sürürəm”, “mən heç kəsdən çəkinmirəm”, “mən heç vaxt kəmər taxmamışam”, “Bir zənglə yol polisini razı salıram” və s. fikirləri yəqin ki, siz də ayrı-ayrı sürücülərin dillərindən eşitmisiz. İnandırım sizi baş verən qəzaların 90 faizi bu cür təfəkkür sahibi olan sürücülər tərəfindən törədilir.
Təbii ki, belələrinin içərisində “papanın gül balaları” da var, orta təbəqənin nümayəndələri də… Yüz-iki yüz minlik “Qelandevagen”lərlə yanaşı, üç-dörd min manata “07” alıb şəhərdə avtoşluq edənlər də rast gəlinir. Demək ki, problem insanın atasının məmur, imkanlı olub-olmamasında deyil, tərbiyəsində, əxlaqındadır.
Düşünürəm ki, sürücülük vəsiqəsinin verilməsi proseduruna yenidən baxılmalıdır. Biz bu sahədə inkişaf etmik ölkələrin təcrübələrindən yararlanmalıyıq. Əks halda yaxınlarımızı qəzalarda itirməkdə davam edəcəyik.
Piyadaların da maariflənməsinə ehtiyac var.. 50-100 metr piyada keçidinə qədər yeriməyə tənbəllik edirlər, yolu təz keçməldən ötrü baryerləri keçirlər, nəticəde sürətli avtomobil sürən sürücülerin qenimi olurlar..
Bu ölümlərdə də turistləri günahlandırmalıyıq? Yoxsa günahı özümüzdə görməliyik?