KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda avtomobil 4 yaşlı uşağı vurub

Mingəçevirdə avtomobil 4 yaşlı uşağı vurub.

Hadisə şəhərin 20 Yanvar küçəsində, "Karyer" adlanan ərazidə baş verib.

Belə ki, "Mersedes" markalı avtomobil yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Xasiyev Ümid Vüsal oğlunu vuraraq ağır xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

03:51 14.08.2017
Xəbər lenti
Bütün xəbərlər