KANAL24.AZ
Az Iw En Ru

Yalnız yemək üçün deyil, dəriyə də faydalıdır - İSTİFADƏ QAYDALARI

Çox insan xiyarın faydalarını bilmədən yeyir.

Dəri yanıqlarını müalicə edir
 
Xiyar günəş yanıqları üçün idealdır. Günəş yanığı olan bölgəyə xiyar dilimlərini qoyun və isinməyə başlayana kimi gözləyin.
 
Sellüliti yox edir
 
Bir xiyarın suyunu bir qaşıq balla qarışdırın və sellülit olan yerlərə sürtün. Dərini sıxlaşdıran və kollagen yaranmasına yardım edən bu qarışımı qırışlarınız üçün də istifadə edə bilərsiniz.
 
Tünd halqaları azaldır
 
Göz altındakı qaralmaların getməsinə yardım edən xiyar dilimlərini gözlərinizin üzərinə yerləşdirin və 10-20 dəqiqə gözləyin.
 
Dərini canlandırır
 
Limon suyu və xiyarı qarışdırıb maska olaraq dərinizə çəkin. Dərini işıldadacaq bu qarışım ləkələrə də yaxşı təsir edəcək.
 
Məsamələri kiçildir
 
Xiyar dəri toniki üçün ideal bir seçimdir. Gül suyu, bal, limon suyu ilə qarışdırın, ya da sadəcə xiyar suyunu dəri toniki olaraq istifadə edin. Bütün dərinizə çəkib 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Məsamələrin kiçildiyini görəcəksiniz.
 
Gözdəki şişkinliyi azaldır
 
Xiyarın tərkibindəki absorbik turşusu şişkinliyin aparılmasına yardımçı olur. İki dilim xiyarı gözlərin üzərinə qoyun, bir müddət saxlayın. Gözləriniz yorulanda da eynisini edə bilərsiniz.
 
Ləkələrin rəngini açır
 
Xiyarı rəndələyib bütün üzünüzə və boynunuza çəkin. Ləkə və çillərin rəngi açılacaq.


03:01 14.08.2017