KANAL24.AZ
Az Iw En Ru

Nabranda qadın batıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:50-də başa çatıb.


21:13 13.08.2017
Xəbər lenti
Bütün xəbərlər