Bakıda döyülmə hadisəsi baş verib.
Hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Buzovna qəsəbəsində 44 yaşlı I qrup əlil Ruslan Əliyev Rauf adlı qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu R.Əliyevi döyərək ona xəsarət yetirib və hadisə yerindən qaçıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İkinci Polis Bölməsi tərəfindən araşdırma aparılır.