KANAL24.AZ
Az Iw En Ru

Eldar Sultanova ağır itki üz verib – YENİLƏNİB

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.

Allah rəhmət eləsin!


20:54 11.08.2017
Xəbər lenti
Bütün xəbərlər