KANAL24.AZ
Az Iw En Ru

Paytaxtda ağır yol qəzası - ölən və yaralananlar var

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin məlumata görə, avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi “Mercedes” və Orxan Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Qəzanın baş verməsi nəticəsində Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabunçu RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.


20:01 11.08.2017
Xəbər lenti
Bütün xəbərlər