KANAL24.AZ
Az Iw En Ru

Sumqayıt sakinini avtomobil vuraraq öldürüb

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, avqustun 10-da, saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.


19:45 11.08.2017
Xəbər lenti
Bütün xəbərlər