KANAL24.AZ
Az Iw En Ru

Qənirə Paşayeva yaralanan 13 yaşlı Ramindən danışdı:"İnşallah sağalacaq"

Işğalçı Ermənistan yenə də kiçik yaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirir. 

Axşam saatlarında Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutublar və nəticədə öz evində,öz həyində 13 yaşlı balamız Ramin Sabir oğlu Yusifovu yaralayıblar. Ramin balamız Tovuz rayon Mərkəzi Xəstəxanasındadır, xəstəxananın rəhbərliyi, həkimlərimizlə tez-tez danışırıq. İnşallah Allahın və həkimlərimizin sayəsində Ramin balamız qısa zamanda tam sağalacaq. 

Rayonun rəsmi nümayəndələri ilə tez-tez danışırıq. Ordumuz düşmənin təxribatlarına hər zaman olduğu kimi layiqli şəkildə cavab verib və verir. Ermənistanın bu vandalizm əməllərini, kiçik yaşlı uşaqlara qarşı cinayətlərini dünyanın hər yerində yaşayan soydaşlarımız, Türk kökənli insanlarımız daha geniş yaymalıdır. Səssiz qalan beynəlxalq qurumlara daha çox duyurmalıyıq, gəncləriimiz sosial mediada müxtəlif xarici dillərdə bununla bağlı məlumatları geniş yaymalı, xarici ölkələrin siyasətçilərinə, KİV-lərinə, beynəlxalq təşkilatlara bununla bağlı səsimizin daha çox duyulmasında, həqiqətlərin yayılmasında daha fəal olmalıdırlar.Bir az əvvəl balaca Ramin və atası ilə də danışdım və qısa zamanda sağalmasını dilədim. 

Hadisənin şokundan hələ tam çıxmayıblar. Allah qoruyub balaca Ramini. Allah hər zaman ön cəbhədə insanlarımızı qorusun.Ordumuzda dəstək olsun.Bu işğalçı, vandalizm zehiyyətli Ermənistan inşallah daha betər cəzasını alacaq. Layiq olduğu cəzanı.


19:48 08.08.2017