KANAL24.AZ
Az Iw En Ru

Xərçəng hüceyrələrini məhv edən 5 təbii qida

Sağlam olmaq üçün bir o qədərdə pul xərcələməyə ehtiyac yoxdur.
 
Mütəxəssislər aşağıda qeyd olunan və xərçəngin də düşməni sayılan 5 təbii qida ilə daha sağlam və fəal olmağın mümkün olduğunu bildirir.
 
 1. Yaşıl çay
 
 Dietoloqların tövsiyə etdiyi yaşıl çay, qara çaya nisbətən daha çox antioksidant daşıdığı üçün daha sağlamdır. Xərçəng, yüksək təzyiq və şəkər xəstəliyi təhlükəsini azaltması ilə yanaşı kofein tərkibli olduğu üçün enerji vermə qabiliyyəti var. Sidik qovucu xüsusiyyətinə görə pəhrizlərdə də tez-tez istifadə olunan yaşıl çay, səhər və günortadan sonra gündə ümumilikdə iki stəkan içiləndə qocalmanın da qarşısını alır.
 
 2. Kətan toxumu
 
 OMEGA 3  ilə çox zəngin olan kətan toxumu, eyni zamanda, lif, dəmir, maqnezium, sink, kalium və mis baxımından da çox zəngin bir yay bitkisidir. Kətan toxumu şiş hüceyrələrinin böyüməsinin qarşısını ala və qanda şəkəri tənzimləyə bilir. Kətan toxumu əsasən xəmir işlərində istifadə olunsa da, səhər yeməyində, qatıq və sərin meyvəli suların istehlakı zamanı da istifadə edə bilərsiniz.
 
 3. Yumurta
 
Yumurta, ana südündən sonra, insanın ehtiyacı olan bütün qida elementlərini özündə cəm edən yeganə qidadır. Yumurta A, D, E və B vitaminlərilə zəngin olmaqla, anemiyanın qarşısını alır və immunitet sistemini gücləndirir. Diyetoloqlar tərəfindən hər səhər yeyilməsi təklif olunan yumurta, eyni zamanda uzun müddət tox saxlama qabiliyyəti mövcuddur.
 
4. Sarımsaq
 
Sarımsaq təbii antibiotikdir. Qrip, soyuqdəymə, səs tutulmasına, göy astma xəstəliklərinə, badamcıq vəzisi, revmatizm və oynaq infeksiyaları, öskürək və bronxitə yaxşı təsir edir. Orqanizmin immunitet sistemini gücləndirir və təzyiqi salır. Yemək süfrələrinin əvəzolunmazı sarımsağı hər cür et yeməyində, zeytinyağla bişmiş qidalarda, çərəzlərdə və sous yeməklərində istifadə oluna bilər.
 
 5. Yer fıstığı
 
Yer fıstığı çox güclü bir zülal mənbəyi olmaqla yanaşı naharda bir ovuc yeyildikdə qanda şəkərin səviyyəsini səkkiz saata qədər tarazlıqda saxlaya bilir. Eləcə də qan axınını qan axınını sürətləndirməsi, sümükləri gücləndirməsi və yaraları yaxşılaşdırması xüsusiyyətləri ilə qəbul olunan Arjin amin-turşusunun ən çox olduğu qidadır.//deyerler.org

19:56 15.05.2015
Xəbər lenti
Bütün xəbərlər