KANAL24.AZ
Az Iw En Ru

V qrupa sənəd verənlər üçün ixtisas seçimi başladı

Bu gündən ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçiminə başlanılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, seçim avqustun 10-dək aparılacaq.

Qeyd olunan abituriyentlər avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər iki qrupun ixtisaslarını seçə bilərlər.


17:05 05.08.2017