KANAL24.AZ
Az Iw En Ru

Acqarnına limonlu su içməyin inanılmaz faydalar

Limonlu isti suyun insan orqanizminə bir çox faydaları var.

Həmin faydalardan bir neçəsini təqdim edirik: 

Bağırsaqların fəaliyyətini yaxşılaşdırır - ac qarına hər səhər bir stəkan isti və ya ilıq limonlu su içmək bağırsaqların doğru işləməsinə şərait yaradır.

Arıqlamağa kömək edir - səhərləri içəcəyiniz bir stəkan limonlu isti su həzmi yaxşılaşdıraraq, arıqlamağa kömək edəcək.

Burun və boğaz tutulmasının qarşısını alır - isti su soyuqdəyməyə, öskürək və boğaz ağrısına kömək edir. Bəlğəmi aparır, nəfəs borusuna yaxşı təsir edir.

Menstruasiya ağrılarını azaldır - isti limonlu su menstruasiya ağrılarını azaltmağa kömək edir. Suyun istiliyi qarın əzələlərində sakitləşdirici təsirə malikdir.

Qocalmanın qarşısını alır - isti limonlu su içmək dərinin elastikliyini artırır, dəri hüceyrələrini bərpa edir və daha hamar cildə sahib olmağa səbəb olur.

Saçlarınızı canlandırır və uzadır - isti limonlu su içmək yumşaq, parlaq saç əldə etmək üçün də yaxşı bir yoldur. Saç kökündəki sinir uclarını hərəkətə gətirir. Eyni zamanda saçların inkişafını da sürətləndirir.


15:00 05.08.2017
Xəbər lenti
Bütün xəbərlər