KANAL24.AZ
Az Iw En Ru

ABŞ-da sirr sızıntısı rekord həddə

Donald Tramp prezident seçiləndən sonra ABŞ-da dövlət əhəmiyyətli məlumatların kənara sızması halları artıb.

Bu haqda xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədalət naziri Ceff Sessions bildirib.

O, keçirdiyi mətbuat konfransında qeyd edib ki, "Washington Post" qəzetinin Trampla Meksika və Avstraliya liderlərinin telefon danışıqlarını yayması, kimlərinsə dövlət üçün vacib xəbərləri sızdırmaqla mətbuatda siyasi qalmaqalları daha da artırmaq məqsədindən irəli gəlir.

"Trampı birmənalı şəkildə dəstəkləyirəm və hökümətimizin təhlükəsizlik qabiliyyətini zəiflədən sızıntıları qəti şəkildə pisləyirəm. Bu ilin 6 ayında dövlət əhəmiyyətli məlumatların sızmasına dair şikayətlər son 3 ilin eyniməzmunlu şikayətləri qədərdir. Federal Təhqiqatlar Bürosu (FBI) məsələ ilə bağlı kadr potensialını artırıb. Biz bu arada medianın məhkəməyə dəvət edilməsi siyasətini gözdən keçirəcəyik. Biz mediaya sayqı göstəririk. Amma bu, sərhədsiz deyil.

Mətbuatın başqalarının həyatını riskə atmalarına imkan verməyəcəyik. Milli təhlükəsizliyimiz, silahlı qüvvələrimizdə çalışanlar və qanuna əməl edən bütün amerikalıların həyatları ilə medianın vəzifəsi arasında qayda-qanun yaratmağa ehtiyac var".

 


06:33 05.08.2017