KANAL24.AZ
Az Iw En Ru

Məşhur professor dəhşətli qəzaya düşdü: ölən var - VİDEO

İstanbulda zəncirvari yol qəzası baş verib.

Qəza gecə saat 02:30 radələrində qeydə alınıb. 34 S 1881 nömrəli avtomobil təmir səbəbi ilə bağlanan yolda yavaşlayan Hənifə Çınarın idarə etdiyi maşın 34 UB 8286 nömrəli maşına  çırpılıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Çınarın idarə etdiyi avtomobil isə eyni istiqamətdə hərəkətdə olan Türkiyənin məşhur professoru Tülay Okman Kılıçın maşınını vurub. Çınar qəza sonrası dünyasını dəyişib.

Professor Tülay Okman Kılıç isə xəsarətlərlə canın qurtara bilib.

Qəzaya səbəb olan avtomobilin sürücünün hadisə yerindən qaçdığı iddia edilir. Polis axtarışa başlayıb.

 

Məşhur professor dəhşətli qəzaya düşdü: ölən var


23:41 04.08.2017
Xəbər lenti
Bütün xəbərlər