KANAL24.AZ
Az Iw En Ru

14 yaşlı qızı tora saldı- "İnternetdə çılpaq fotoların yayılıb" - VİDEO

Türkiyənin Zonquldaq rayonunun Çaycuma mahalında 14 yaşlı qıza qarşı cinayət törədən şübhəli yaxalanıb.

18 yaşlı H.K. adlı şübhəli 14 yaşlı lisey şagirdi A.Ü. adlı qıza zəng edərək özünü polis kimi təqdim edib. Azyaşlı qıza "Çılpaq fotoların internetdə montajlanıb. Sənə kömək etməyim üçün pul verməyin lazımdır" deyərək pul tələb edib.

A.Ü. eşitdikləri qarşısında şok olub. Qızın yaşadığı evə gələn H.K. 2 min 50 avro, min 40 türk lirəsi, 10 ədəd burma bilərzik, bir ədəd sırğa, qızıl saat və alyansı götürərək qaçıb. Hadisədən bir müddət sonra vəziyyətdən şübhələnən A.Ü. başına gələnləri ailəsinə danışıb. Ailə də polis bölməsinə gedərək şikayətçi olub.

A.U.-nun verdiyi ünvan istiqamətində hərəkətə keçən polis qrupları araşdırma aparıblar. Şübhəli qısa müddət sonra zinət əşyaları və pullar ilə tutulub. İfadəsi alınmaq üçün təhlükəsizlik idarəsinə aparılan şübhəlinin sorğusu davam edir. Valyuta və zinət əşyalar isə ailəyə təslim edilib. Hadisə ilə əlaqədar istintaq başladılıb.

 

14 yaşlı qızı tora saldı: evinə gəldi -


22:53 04.08.2017
Xəbər lenti
Bütün xəbərlər