KANAL24.AZ
Az Iw En Ru

Qağayı aparıcını pis vəziyyətə saldı - VİDEO

Hava proqnozu verilişi zamanı televiziya kadrına girən nəhənq qağayı verilişin aparıcısını çaşdırıb.

Kanada telekanalların birinin aparıcısı Sara Cin Stivens verilişi dərhal davam etdirə bilməyib.

Belə ki, Vankuverin hava proqnozunu tamaşaçılara çatdıran S.Stivensin arxasındakı monitorda şəhər küçələri canlı yayımlanırdı.

Bu zaman qağayı küçədə  quraşdırılan telekanalın kamerasına yaxınlaşıb. Aparıcı efiri davam etdirmək istəsə də, özünü gülməkdən saxlaya bilməyib.

“Bu adamın fikrini çox yayındırır,”- deyə o bildirib.


19:45 04.08.2017
Xəbər lenti
Bütün xəbərlər