KANAL24.AZ
Az Iw En Ru

Bakıda “Gelandewagen” yandı, üç nəfər öldü-YENİLƏNİB

Ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.
 
Nərimanov rayon Polis İdarəsindən  verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.    
 
Polisdən həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 

 

****

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Kanal24 Reporta istinadən xəbər verir ki,qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.  “Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.  Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

.

 


19:34 04.08.2017
Xəbər lenti
Bütün xəbərlər