KANAL24.AZ
Az Iw En Ru

Az yatmaq insanı kökəldir

Kifayət qədər yatmamaq daha artıq çəkili olmağa səbəb olur. Cavan bir şəxs gündə 7 saat yatmalıdır.

Böyük Britaniyanın Lids Universitetində aparılan bir araşdırmada, 1600 cavanın gündəlik qidalanma və yatma vərdişləri müşahidə olunub.
 
Araşdırmaya görə, gündə 6 saat yatan iştirakçıların bel ölçüləri, 9 saat yatanlara nisbətən təxminən 3 sm daha geniş olduğu məlum olub. Qidalanma vərdişlərində yuxu vərdişinə uyğun bir dəyişiklik müşahidə olunmayıb.
 
CNN-nin xəbərinə görə, araşdırmaçılar eyni zamanda kifayət qədər yatmayan iştirakçılarda ürək narahatlıqlarına qarşı müqavimət təmin edən müsbət xolesterinin daha az olduğunu müəyyən ediblər.
 
Araşdırmanı aparan doktor Laura Hardi belə deyib: "Sübutlarımızla, az yatan cavanların artıq çəki və ya kökəlmə ehtimallarının daha yüksək olduğunu müəyyən etdik. Bu da kifayət qədər yatmağın nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Gündəlik yuxu ehtiyacı insandan insana dəyişə bilər, ancaq bugünkü vahid fikirə görə, cavan şəxsin yuxusunun 7-9 saat arasında dəyişdiyini göstərir".


03:31 04.08.2017
Xəbər lenti
Bütün xəbərlər