KANAL24.AZ
Az Iw En Ru

Türkiyə-Azərbaycan Dərnəyi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə müraciət yayıb

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət edib.

Müraciətdə 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol və bu hökumətin süqutunun səbəbləri, XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası prosesində Azərbaycan xalqının qarşılaşdığı çətinliklər, milli-azadlıq mübarizəsi, Vətənimizin bütövlüyü uğrunda şəhidlərimizin qəhrəmanlığı, Azərbaycan - Türkiyə münasibətlərinin inkişafı məsələlərindən bəhs edilir.
İSTAD-ın sədri Səfər Qaraqoyunlunun imzası ilə yayılmış, müraciətdə “Azərbaycan Qafqazın parlayan günəşdir. Ölkədəki hərtərəfli inkişaf, əzəmətli nailiyyətlər dünyanın hər yerindən heyranlıqla seyr olunur” kimi, fikirlər yer alıb. Sənəddə həmçinin bildirilir ki, Azərbaycan xalqı heç zaman Xocalı soyqırımının acısının unutmayacaq, Ermənistanın silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqlarını nəyin bahasına olursa olsun azad edəcək, tezliklə üç rəngli bayrağımız Şuşada dalğalanacaq.


18:38 18.10.2014
Xəbər lenti
Bütün xəbərlər