KANAL24.AZ
Az Iw En Ru

Aslan Aslanov: “İnternet media klassik medianı sıxışdırmağa başlayıb”

Bakıda IV Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində AzərTac-ın təşkilatçılıı ilə “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı 3 paneldən ibarət dəyirmi masa keçirilir.

 

Kanal24 xəbər verir ki, “Mədəniyyətlərarası və sivlizasiyalararası dialoqun həyata keçiriləsi şəraitidə XXI əsr jurnalistikasının problemləri” adlı I paneldə müxtəlif KİV platformalarında dialoqun aktual aspektləri müzakirə olunur.
Paneldə çıxış edən AzərTac-ın Baş direktoru Aslan Aslanov deyib ki, Azərbaycada söz və mətbuat azadlığı inkişaf edir: “Hazırda bütün dünyada internet media klassik medianı sıxışdırmağa başlayıb. Sosual media isə artq ənənəvi media ilə birgə addımlayır. Hətta ənənəvi media tərəfindən bəzən sosal mediaya qarşı qısqanclıq var. Lakin ənənəvi, kalssik media yeniliyə doğru çıxmamalı, əksinə onunla yanaşı addımlamalıdır”.
Asiya və Sakit Okena Ölkələri Xəbər Agentliklri Təşkilatının (OANA) baş katibi, Rusiyanın İTAR-TASS agentliyinin Baş direktorunun birinci müavinu Mixail Qusmanın moderatorluğu ilə keçən paneldə Avropa Xəbər Agentlikıəri Alyanısının (EANA) prezidenti, Avstriyanın APA agentliyinin baş icraçı direktoru Piter Kropş deyib ki, hər bir ölkədə olan media özünün xəbər toplayıb yaymasına görə məsuliyyət daşıyır: "Hər yenilik xəbər agentliyinin etibarlığında mühüm rol oynayıı. Artıq 2014-cü ildəyik və dünya rəqəmsallaşmaya keçid edib.Xəbərləri smart mobil telefonlar vasitəsilə istənilən yerə göndərə bilərik. Bu gün cəmiyyətin çoxlu sayda imkanı var ki, xəbər əldə edib onu istədiyi yerə göndərsin. Sosial mediada xəbərləri yerləşdirmək çox asanddır. Bəzən biz gözlər üçün zülmkar görünə biləcək xəbərləri də oxuyuruq".


19:00 03.10.2014
Xəbər lenti
Bütün xəbərlər