KANAL24.AZ
Az Iw En Ru

İnsan beyninin xəbərsiz olduğumuz möcüzələri

1-Şokolad qoxusu beynimizdəki teta beyin dalğalarının hərəkətə gətirir və beyinin  daha aktiv işləməsinə şərait yaradır;
 
2-Xəfif musiqinin, kövrək anların olduğu məkanda insan beyni ən çox alış-verişə doğru yönəlir, ən çox o barədə düşünmək ehtiyacı hiss edir;
 
3-Alkoqol qəbul edən insanın beyni sərxoş halda yaşanan heç bir hadisəni unutmur. Ümumiyyətlə, alkoqol möhtəşəm quruluş olan insan beyninə çox da təsir edə bilmir;
 
4-Yuxusuzluq insan beyninə nüfuz etməklə insanın xarakter və iradəsini zəiflədir;
 
5-Beynin sağ və sol yarımkürəsi eyni anda çalışır. Yəni, daha çox yaradıcılıq, romantikaya meyilli olan sağ tərəf, riyazi analitik keyfiyyəti ilə fərqlənən sol tərəflə ortaq çalışır;
 
6-İfrat dietaya meyilli insanlarda beyin özü-özünü yeməklə qidalanır;
 
7-Beyin özü-özlüyündə heç bir ağrı hiss etmir. O yalnız əzilə və sıradan çıxa bilər;
 
8-Beynimizdə xüsusi səs “düymə”ləri var ki, onların vasitəsilə asta və monoton danışan şəxsin səsini “artırıb” “yüksəldə” bilərik;
 
9-Beynimizdəki xüsusi serebullum adlanan hissəcik özü-özümüzü qıdıqlamanın qarşısını alır;
 
10-Beynin ən yaxşı dostu gecə yuxusudur.  Rejimli gecə yuxusu zamanı beyin gündüz öyrəndiklərini gecə biz yatdığımız zaman yaddaşa köçürür.

06:56 03.08.2017
Xəbər lenti
Bütün xəbərlər