KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev Hindistanın yeni Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Hindistan Respublikasının Prezidenti Ram Nat Kovində

təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".


00:41 01.08.2017