KANAL24.AZ
Az Iw En Ru

Yevlax rayonunda 13 çətənə kolu yandırılaraq məhv edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun meşə ərazisində birgə reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, reyd zamanı Cırdaxan meşəbəyiliyinin 6 saylı dolayında yabanı halda bitən 13 çətənə kolu aşkarlanıb və yandırılaraq məhv edilib.
ETSN-in tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotiktərkibli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində mütəmadi reydlər keçirilir.

 


20:52 28.07.2017