KANAL24.AZ
Az Iw En Ru

İstanbula şiddətli dolu düşüb

İyulun 27-də axşam saatlarında Türkiyənin İstanbul şəhərinə şiddətli dolu düşüb.

Kanal24 Anadolu Agentliyinə istinadla xəbər verir ki, güclü küləklə müşayiət olunan dolu şəhərin əsas nəqliyyat arteriyalarında problemlər yaradıb, avtomobillərə ciddi ziyan vurub. Dəniz səfərləri və bəzi aviareyslər təxirə salınıb. Küçələrdə piyadaların hərəkəti çətinləşib, su basmış iş yerlərindən insanlar xilasedicilər tərəfindən təxliyə olunublar. Təbii fəlakət İstanbul limanlarından birində yanğına səbəb olub, bəzi tikililərdə dağıntılar baş verib.       

 


05:58 28.07.2017