KANAL24.AZ
Az Iw En Ru

“Türk Hava Yolları” bu il 69 milyon sərnişin daşımağı planlaşdırıb

“Türk Hava Yolları” (THY) bu il 69 milyon sərnişin daşımağı planlayıb.

Kanal24 Azərtac-a istinadən xəbər verir ki,Türkiyədə ümumilikdə 2003-cü ildə 30 milyon sərnişin daşınıbsa, 2016-cı ildə bu rəqəm 122 milyona çatıb. Həmin ildə isə dünyada 3,8 milyard əhali hava nəqliyyatından istifadə edib. 2023-cü ildə dünyada təyyarə ilə sərnişin daşınmasının 4,2 milyarda çatacağı nəzərdə tutularaq, Türkiyədə bu rəqəmin 240 milyona çatdırılması hədəflənib.

THY isə 2016-cı ildə 62,8 milyon sərnişinin daşıyıb və bu il bu rəqəmi 69 milyona çatdırmağı qarşıya məqsəd qoyub. Artıq 26 ildir Azərbaycanda fəaliyyət göstərən aviaşirkət Bakıya uçuşlarını “Airbus A321” təyyarələri ilə həyata keçirir. Eyni zamanda həftədə 2 dəfə olmaqla Pakistanın paytaxtı İslamabada uçuşları Bakı üzərindən həyata keçirir.


01:30 28.07.2017