KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev iki ölkəyə məktub göndərdi

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah diləyirəm", - təbrikdə qeyd edilir.

***
Prezident İlham Əliyev Liberiya Respublikasının Prezidenti Zati-aliləri xanım Ellen Conson-Serlifə təbrik məktubu göndərib.

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi diləyirəm", - təbrikdə deyilir.


01:38 07.06.2017
Xəbər lenti
Bütün xəbərlər