KANAL24.AZ
Az Iw En Ru

Fransanda güclü yanğın başladı

Fransanın cənub-şərq əraziləri təbii yanğınların qurbanı olub.

Yanğın əksəriyyəti meşə ərazisi olmaqla 3 hektar sahəni əhatə edib. Bu ərazilərdə yerləşən 4 departamendə 200-dən artıq ev təhlükə ilə üz-üzə qaldığından sakinlər təxliyə edilib.

Var departamentində yanğınların söndürülməsi zamanl 4 yanğınsöndürən xəsarət alıb. Onlar yüngül yanıq xəsarətləri ilə xəsatəxanaya yerləşdirilib. Sakinlərin təxliyəsini təşkil edən daha 15 nəfər isə tüstüdən zəhərləndiyi bildirilib.


19:48 25.07.2017
Xəbər lenti
Bütün xəbərlər