KANAL24.AZ
Az Iw En Ru

İspaniyalı hücumçu "Arsenal"dan getmək istəyir

"Arsenal"ın hücumçusu Lukas Perez "Deportivo" klubuna qayıtmaq istəyir.

28 yaşlı forvard ona məxsus 9 nömrənin yeni transfer Aleksandr Lakazettə verilməsindən narazı qalıb. Perez oyun praktikasının azlığından da narahatdır. O, İspaniya millisi ilə 2018 dünya çempionatına yollanmaq arzusundadır. İspaniyalı futbolçu "Arsenal" rəhbərliyi ilə söhbətdə bildirib ki, qışda onu Çinə buraxmayıb az şans vermək və nömrəsini icazəsiz Lakazettə təqdim etmək düzgün olmayıb. "Deportivo" sabiq futbolçusu ilə 10 illik müqavilə imzalamağa hazırdır.


18:07 25.07.2017
Xəbər lenti
Bütün xəbərlər