KANAL24.AZ
Az Iw En Ru

Xaçmazda aptek və ev yandı

Xaçmaz şəhərində ötən gecə 2 yanğın hadisəsi baş verib.

FHN-ə istinadən xəbr verir ki, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan əczəxananın lambirdən ibarət tavanı yanıb.

Əczəxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Xaçmaz şəhərində vətəndaşa məxsus evdə baş verib. Ümumi sahəsi 208 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə və evə bitişik ümumi sahəsi 50 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​


16:57 25.07.2017
Xəbər lenti
Bütün xəbərlər