KANAL24.AZ
Az Iw En Ru

"Türkiyənin bu seçimi ABŞ-ın Rusiyaya məğlubiyyətidir"

Bu açıqlama ilə "Natsionalnaya Oborona" jurnalının baş redaktoru İqor Korotçenko çıxış edib.

Türkiyənin Rusiyadan S-400 almasını şərh edən rusiyalı mütəxəssis belə hesab edir ki, ABŞ-ın narahatçılığı üçün hər cür əsas var. Bu seçim ABŞ-ın Rusiya ilə rəqabətində uduzan tərəf olduğunu göstərir.

Qeyd edək ki, ötən gün ABŞ Baş Qərargah rəisi Cozef Danford açıqlamasında Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi aldığına dair xəbərlərin həqiqəti əks etdirmədiyini, bunun reallaşacağı halda isə ABŞ üçün narahatlıq yaranacağını söyləyib.


05:11 25.07.2017
Xəbər lenti
Bütün xəbərlər