KANAL24.AZ
Az Iw En Ru

Xəstəxanaya soxulmaq istəyən ayını güllələdilər - VİDEO

Polislər xəstəxananın həyətinə daxil olmuş ayını güllələməyə məcbur oldular. 
Hadisə Rusiyanın Kamçatka diyarında baş verib 
 
Milkovsk rayonunun Milkovo kəndinin xəstəxanası yanında gəzişən ayı özünü aqressiv apararaq oradakı insanları qorxudub.  Olay yerinə gələn polislər öncə heyvanı, sadəcə, geri – meşəyə qovmağa çalışıblar. Lakin bundan daha da qəzəblənən ayı müalicə müəssisəsini tərk etmək istəməyib. O halda polislər heyvana birbaşa atəş açmağa məcbur olublar.
 
Xəbərdə xatırladılır ki, bu, Kamçatkada ilk belə hal deyil. İlin  əvvəlindən diyarda 20-dən çox ayı güllələnib.
 
 

 

 


22:16 24.07.2017
Xəbər lenti
Bütün xəbərlər