KANAL24.AZ
Az Iw En Ru

Bərdədə kişi övladlarına çəkiclə ağır xəsarət yetirib, arvadını və özünü öldürüb

Bərdə rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Hadisə rayonun Hacalı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini 1968-ci il təvəllüdlü Saday Əliyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyevanı ağır çəkiclə vuraraq öldürüb. Daha sonra iki övladına ağır xəsarət yetirən S.Əliyev özünü də öldürüb. 

Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.


17:50 24.07.2017
Xəbər lenti
Bütün xəbərlər