KANAL24.AZ
Az Iw En Ru

Biləsuvarda maşının dəmiri çıxdı, qadını yaraladı

Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələlik müəyyən edilməmiş minik avtomobili hərəkətdə olarkən təkər hissəsindən çıxan dəmir parçası Bakı-Lənkəran istiqamətində gedən avtobusun pəncərəsindən sərnişin - Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü Lidiya Məmmədovanın üz nahiyəsinə dəyərək ona ağır xəsarət yetirib.
Yaralı qadın dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti hazırda normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.


21:30 23.07.2017
Xəbər lenti
Bütün xəbərlər