KANAL24.AZ
Az Iw En Ru

Məşhur ukraynalı futbolçu "Qarabağ"a gəlir?

Ukraynanın “Futbol 1” telekanalının jurnalisti İqor Burbas ölkə millisinin sağ cinah müdafiəçisi Artyom Fedetskinin gələcək karyerası ilə bağlı 3 variant üzərində düşündüyü haqda açıqlama verib.

Özünün Tvitter səhifəsində o yazıb ki, 32 yaşlı futbolçu "Qarabağ"la çempionluq qazanmaq üçün uzaq Azərbaycana, Ukraynaya qonşu olan Polşaya və ya optimal variant kimi Türkiyəyə getmək barədə düşünür.

Qeyd edək ki, Artyom Fedetskinin son komandası “Darmştadt” olub. 2016/17 mövsümü başa çatdıqdan sonra alman klubu onunla yekunlaşan müqavilənin müddətini uzatmayıb.


20:25 23.07.2017
Xəbər lenti
Bütün xəbərlər