KANAL24.AZ
Az Iw En Ru

Prezident əfv fərmanı verdi

Ölkə başçısı bu gün müvafiq sənədi imzalayıb 

 

Bu gün Azərbaycan prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
 
Lent.az-ın məlumatına görə, sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanıb.
Musavat.com bildirir ki, hələlik tam siyahə dərc olunmasa da, həbsxanada olan və əfv ərizəsi yazan NİDA Vətəndaş Hərəkatının bütün üzvləri bu sərəncamla azadlığa çıxacaq.
 
Haqqin.az saytının xəbərinə görə, yaxın saatlarda elan olunası əfv fərmanında NİDA hərəkatının əfv üçün müraciət edən 2 üzvü və jurnalist Sərdar Əlibəylinin adı var. Məlumata görə, NİDA üzvlərindən əfv üçün müraciət edən ilk iki nəfərin adı siyahıya salınıb. Bunlar Şahin Novruzlu ilə Bəxtiyar Quliyevdir.
 
Sənədin bütövlükdə 100-dən çox məhkumu əhatə etdiyi deyilir. Tam siyahının yaxın vaxtlarda elan ediləcəyi gözlənilir.
 
Hüquq müdafiəçisi Səidə Qocamanlı musavat.com-a bildirib ki, Hüquq Müdafiəçilərinin Monitorinq Mərkəzinin siyahısında olan 4 siyasi məhbus Prezidentin imzaladığı əfvlə azadlığa çıxıb: "Mən bir az öncə Prezident Administrasiyası ilə danışdım. Daha doğrusu, Əfv Komissiyası ilə... Mənə oradan bildirdilər ki, sizin siyahınızda olan 4 nəfər NİDA Vətəndaş Vətəndaş hərəkatından Şahin Novruzlu, Bəxtiyar Quliyev, blogger Elsevər Mürsəlli və Gəncədə fəaliyyət göstərən hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa buraxılıblar".
 
S.Qocamanlı bildirdi ki, Əfv Komissiyasında işçi qrupu yaradılacaq və digər siyasi məhbusların da azadlığa buraxılması məsələsi o qrupda müzakirə ediləcək: "Yəqin yeni il öncəsi növbəti əfv olacaq". 

 


01:23 18.10.2014
Xəbər lenti
Bütün xəbərlər