KANAL24.AZ
Az Iw En Ru

Hərbi hissələrdə keçirilən görüşlər əsgərlərin ruh yüksəkliyini artırır

Rayonda yaşayıb-yaradan şairlərin Qarabağ, Vətənimizin gözəlliyi və digər mövzularda söylədikləri şeirlər, Gənclər üçün Təhsil Mərkəzinin “gənc şahinlər”inin çıxışları əsgərlər tərəfindən alqışlarla qarşılanıb.

Kanal24.az xəbər verir ki, bu xoş ovqat Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının və Qarabağ Ədəbi Məclisinin birgə təşəbbüsü ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə “N” saylı hərbi hissədə əsgər və zabitlərlə keçirilən görüşdə hökmran olub.
Görüşdə YAP Ağcabədi rayon təşkilatı sədrinin müavini Teymur Rəhimov, qadınlar şurasının sədri Naibə Mustafayeva və başqaları əsgərləri Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik ediblər. Azərbaycanın keçdiyi şərəfli yoldan, müstəqilliyimizin qorunmasında və daha da möhkəmləndirilməsində, ordu quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar.
Görüşdə çıxış edən ağsaqqallar, keçmiş döyüşçülər əsgərlərə çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb, Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Hərbçilər bu cür tədbirlərin əsgərlərdə ruh yüksəkliyinin artmasında böyük rol oynadığını vurğulayaraq, qonaqlara minnətdarlıqlarını bildiriblər.


01:18 18.10.2014
Xəbər lenti
Bütün xəbərlər