KANAL24.AZ
Az Iw En Ru

“Qəbələ” qalib gəlir - YENİLƏNİR

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

"Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) - 0:1

Qol: İlqar Qurbanov, 18

22:46

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

"Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) - 0:0

21:29

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxacaq.

Polşada "Yagelloniya"nın qonağı olacaq "Qəbələ"nin işi nisbətən çətindi. Bakıdakı 1:1 hesablı bərabərlik polşalıların xeyrinədi. Komandamız üstünlüyü öz lehinə dəyişməlidi.

Bu səbəbdən də Roman Qriqorçukun yetirmələri mütləq qol vurmalıdı. Çünki "Qəbələ"yə qələbə və ya məhsuldar bərabərlik lazımdı. Hücumameylli, məhsuldar oyun nümayiş etdirən "qırmızı-qaralar" ardıcıl iki dəfə düşdüyü qrup mərhələsinədək irəliləmək üçün bu səddi adlamalıdı.

Qəbələlilər bu vəzifənin öhdəsindən gələ bilsə, iki il öncə qarşılaşdığı Yunanıstan "Pnatinaikos"una rəqib olacaq.

 

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

22:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan)
 

Baş hakim: Konstantin Sebastyan Koltesku (Rumıniya)
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika (hər ikisi Rumıniya)

Dördüncü hakim: George Katalin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)

Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)

Belostok. Şəhər stadionu

İlk oyun - 1:1

"Yagelloniya": 25. Marian Klemen, 6. Taras Romançuk, 8. Lukaş Burlika, 9. Arvidas Novikovas, 10. Fyodor Çerniç, 12. Gilyerme Sitya, 13. Pırjemislav Mistovski, 16. Qutyer Tomelin, 17. İvan Runye, 18. Silian Şeridan, 22. Rafal Qrzib

Ehtiyat oyunçular: 96. Damian Veqlarz, 2. Ziqmund Qordon, 7. Dmitro Xomçenovski, 20. Davit Şimonoviç, 26. Martin Pospisil, 28. Karol Sviderski, 44. Lukaş Sekulski

Baş məşqçi: İrenyus Mamrot

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz, 45. Famussa Kone

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 20. Xuan Hernandez, 34. Urfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk


06:38 21.07.2017