KANAL24.AZ
Az Iw En Ru

Milli Qəhrəmanın adına olan küçədə işıq dirəyi aşaraq evin üzərinə düşdü

Cəlilabad rayon Göytəpə qəsəbəsi Milli Qəhrəman Vüqar Mürsəlov adına küçənin sakini Hüseynova Gülsüm Ağaşirin qızı evinin  hər an yanmasından ehtiyat edir. Belə ki, evə yaxın köhnə taxta işıq dirəyi aşaraq qəsəbə sakinin evinə söykənib. Küləkli havada bir neçə dəfə elektrik naqilləri yaşlı qadının evinin üstünə düşüb. 
 
G.Hüseynova bildirib ki, hadisəylə bağlı müraciət etsə də, heç kim tədbir görmür. Evində azyaşlı uşağın olduğunu deyən qəsəbə sakini şikayətində bildirir ki, işıq dirəyini yenisi ilə əvəz etsinlər. Əks halda bədbəxt hadisə baş verə bilər. 
 
 

06:23 21.07.2017