KANAL24.AZ
Az Iw En Ru

Sumqayıt yolunda tələbələrin öldüyü qorxunc qəzada sağ qalan şəxsdən QANDONDURAN SÖZLƏR

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baş tutan prosesdə zərərçəkmiş Elgiz Həsənov ifadə verib.

O deyib ki, qəzaya qədər olanları xatırlamayıb: “Qəzadan sonra olanları xatırlayıram. Qəza bir anda oldu. Ötmə əməliyyatını görməmişəm. Qəzadan sonra maşından düşən 4 nəfərdən biri idim. Çıxanda gördüm ki, 3 nəfər dostum yerdə uzanıb. Hər yer qan içindəydi. Bir neçə saat əvvəl eyni yerdə olduğumuz, söhbət etdiyimiz adamlar, dostlarımız artıq cansız idi”.

Daha sonra hakim zərərçəkmişlərin dindirilməsinin başa çatdığını deyib. İş üzrə tanınan şahidlərdən bir nəfərin dindirilməmiş qaldığı elan edilib.

Növbəti proses iyulun 25-də davam edəcək.


23:55 20.07.2017
Xəbər lenti
Bütün xəbərlər