KANAL24.AZ
Az Iw En Ru

Lapşinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusiyada həbs edilərək Azərbaycana ekstradisiya edilən,  dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alenksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə A.Lapşin 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmünə əsasən Lapşinə ittiham olunduğu Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddədi ilə bəraət verilib.

O, Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.


18:55 20.07.2017
Xəbər lenti
Bütün xəbərlər