KANAL24.AZ
Az Iw En Ru

20 yaşlı oğul atasını bıçaqladı – Gəncə dramı

Gəncə şəhərində ailə münaqişəsi zəminində oğul atasını bıçaqlayıb.

Gəncə şəhər sakini olan 1961-ci il təvəllüdlü Bayram Ağayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, Bayram Ağayev öz oğlu, 1997-ci il təvəllüdlü Cavid Ağayev tərəfindən bıçaqlanıb. Polis onu həbs edib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

 


18:03 20.07.2017
Xəbər lenti
Bütün xəbərlər