KANAL24.AZ
Az Iw En Ru

Neftimiz yenə bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti bahalaşıb. 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 0.10 dollar bahalaşıb. 

Hazırda neftin bir barelinin qiyməti 65‚43 dollara çatıb. Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində isə qismən ucuzlaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.40 dollar (0.70%) azalaraq 56.59 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.33 dollar (0.51%) ucuzlaşaraq 64.50 dollar olub.

Qeyd edək ki, neftin qiyməti bazarda yanacağın həddindən çox bolluğu fonunda enib.

 


19:09 28.04.2015
Xəbər lenti
Bütün xəbərlər