KANAL24.AZ
Az Iw En Ru

Kiməsə pislik edəndə, həmin şey adamın öz başına gələ bilərmi?

Başqasına edilən pislik dünya həyatında həmişə yox, bəzi hallarda insanın öz başına gələ bilər, amma Qiyamət günü hər bir pisliyin cəzası veriləcək. Uca Allah buyurur: "Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır". (İbrahim, 42). "Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 7-8).

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bir kəsin ləyaqətinə toxunmaq və ya ona başqa bir pislik etməklə zülm etmiş adam, dinar və dirhəmin (fayda verməyəcəyi Qiyamət günü) gəlməmişdən əvvəl bu gün həmin adamdan halallıq istəsin. Əgər (Qiyamət günü) onun savabı olarsa, etdiyi zülm qədər savabından götürülər (və zülm etdiyi adama verilər); yox əgər savabı ol­maz­sa, onda zülm etdiyi adamın günahlarından götürülüb onun boynuna qoyu­lar". (əl-Buxari, 2449). Ona görə də kimə pislik etmişiksə, mütləq həmin adamın könlünü alıb halallıq almaq lazımdır.


06:34 10.07.2017