KANAL24.AZ
Az Iw En Ru

Polis saxladı, sürücü “tapança” çıxartdı - Video

Sosial şəbəkələrdə yayılmış video marağa səbəb olub. Görüntülərin Rusiyada çəkildiyi ehtimal edilir.

Görüntüdə avtomobillə hərəkət edən sürücünü yol patrul xidmətinin əməkdaşının saxladığı əks olunub. Sürücü isə “silah” çıxardaraq gün ərzində yorulduğunu və intihar edəcəyini deyərək “tapançanı” öz ağzına dayayır. Bundan qorxuya düşən yol polisi sürücünü dayandırmağa çalışır. Lakin sürücü ağzına dayadığı “tapançanı” yeyir. Məlum olur ki, “silah” əslində şokalad imiş.

Sürücünün avtomobildən düşməsini tələb edən yol polisi ondan hər ehtimala qarşı “silahı” kənara qoymağı xahiş edir.

Kanal24  Avtosfer.az-a istinadən sözügedən videonu təqdim edir:


04:30 10.07.2017
Xəbər lenti
Bütün xəbərlər