KANAL24.AZ
Az Iw En Ru

12 yaşlı uşağa təcavüz edən şəxsi döyüb polisə təslim etdilər

Türkiyənin Samsun bölgəsində 12 yaşlı oğlan uşağı A.O.-ya cinsi təcavüz edən 62 yaşlı Əli C.S. vətəndaşlar tərəfindən cinayət üstündə tutulularaq döyülüb. Təcavüzçü döyüldükdən sonra polisə təhvil verilib.
 
Hadisə dünən Samsunun Canik rayonuna aid Quşçu məhəlləsində baş verib. Evli və bir uşaq atası olan Əli C.S. iddiaya görə, qonşusunun oğlu A.O.-nu gəzdirmək bəhanəsi ilə avtomobilinə mindirib. Sonra uşağı sakit bir əraziyə aparıb. Sonra avtomobildən endirdiyi uşağa cinsi təcavüz etməyə başlayıb.
 
Bu vaxt hadisə yerindən keçən vətəndaşlar vəziyyəti görəndə təcavüzçünü döyüb, çağırdıqları polisə təslim ediblər. Uşaq isə ailəsinə təhvil verilib. Jandarmda ifadə verən Ali C.S. cinayətini etiraf edib.
 
Əli C.S. cinsi təcavüz cinayətindən ədliyyəyə sövq edilib.

23:44 09.07.2017
Xəbər lenti
Bütün xəbərlər