KANAL24.AZ
Az Iw En Ru

Türkiyə səhəri şəhid xəbəri ilə açdı

Türkiyənin Bitlis rayonunun Hizan qəsəbəsində PKK terrorçularının yola basdırdıqları partlayıcı qurğu hərbi maşın keçən zaman məsafədən partladılıb.

Yerli vaxtla ötən gecə saat 01.00-da Hizran-Tatvan yolunda baş verən partlayış nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər yaralanıb.

Bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün geniş miqyaslı anti-terror əməliyyatı başlayıb. 


16:25 09.07.2017
Xəbər lenti
Bütün xəbərlər