KANAL24.AZ
Az Iw En Ru

Şeytan adlandırılan Bermud üçbucağının sirri açıldı

Bir çox təyyarənin və gəminin məlum olmayan səbəblərlə yox olduğu Bermud üçbucağının sirri nəhayət ki açılıb.
 
Colorado Universitetindən bir qrup elm aamı pis şöhrəti ilə tanınan bu ərazinin peykdən çəkilmiş hava görüntülərini araşdırıblar və bu bölgənin üzərində normaldan fərqli olaraq altıbucaqlı buludlar olduğunu müəyyən ediblər. 
 
Meteoroloqlar bu buludların sözün əsl mənasında bir "hava bombası" kimi hərəkət edə biləcəyi nəzəriyyəsinə varıblar. Saatda sürəti 273 km-ə çıxan ölümcül şiddətli küləkləri bu buludların əmələ gətirdiyinə inanılır. Qasırğa gücündəki bu küləklər birləşdiyi zaman havanı "partladır" və 13 metrdən yüksək dalğaların çıxmasına səbəb ola bilir.Heç bir gəmi elə bir fırtınadan xilas ola və heç bir təyyarə o qədər şiddətli küləyə qarşı dayana bilməz.
 
 
Normalda buludların hamar kənarları olmur. Lakin peyk görüntülərinə baxanda, Bermud üçbucağının bu məsələdə bir istisna olduğu görünür. Bu nəzəriyyənin ortaya çıxması mövzu ilə bağlı yeni-yeni araşdırmalara təkan verib. Dünyanın bir çox yerindəki elm adamları buludların bu anormallığı barədə açıqlama verməyə çalışır.
 
 
 
Xatırladaq ki, Bermud üçbucağı Atlantik Okeanında, Florida, Porto Riko və Bermud arasında qalan üçbucaq ərazidir. Sirrli bölgədə itən təyyarə və gəmilərlə bağlı hesabatlar 1945-ci ilə sdayanır. O günlərdə itən 5 ədəd Amerikan torpedo gəmisi və onları axtarmaq üçün göndərilən bir təyyarə də heç bir iz qoymadan yox olub. O gündən bu günə qədər yüzlərlə gəmi və 75 təyyarə həmin ərazidə itib. Son faciə isə 2015-ci ildə "Əl Faro" adlı yük gəmisinin itməsi ilə baş verib.

16:13 09.07.2017
Xəbər lenti
Bütün xəbərlər